AQTA restoranlarda aparılan yoxlama və monitorinqlərin nəticəsini açıqladı

AQTA restoranlarda aparılan yoxlama və monitorinqlərin nəticəsini açıqladı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin 6 ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələrində aparılan yoxlama və monitorinqlərin nəticəsi açıqlanıb.

 

AQTA-dan verilən məlumata görə, qeyd olunan dövrdə 346-sı planlı, 176-sı plandankənar olmaqla, 522 ictimai iaşə müəssisəsində yoxlama keçirilib.

 

Yoxlamalar zamanı 466 sahibkarlıq subyektində nöqsan aşkar edilib. Nöqsanlar ictimai iaşə müəssisələrinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi, mətbəxlərin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, soyuducularda məhsulların saxlanması zamanı mal qonşuluğu qaydalarına və temperatur rejiminə əməl edilməməsi, məhsulların saxlanma qaydalarına əməl olunmaması, xammalların saxlanması üçün ayrıca sahənin ayrılmaması, istifadə edilən xammalların müşayiətedici sənədlərinin (çıxarış, baytarlıq arayışı) olmaması ilə əlaqədar olub.

 

Həmçinin müəssisələrdə sanitariya norma və qaydalarına riayət edilməməsi, müvafiq emal sahələrinin ayrılmaması, emal olunmuş xammalların və yeməklərin üzərində etiketlənmə aparılmaması, mənşəyi məlum olmayan, üzərində etiketlənmə aparılmayan xammallardan və qidalardan istifadə edilməsi, idxal olunmuş məhsulların üzərində Azərbaycan dilində məlumatların olmaması, saxlanma müddəti bitmiş və istehlaka yararsız məhsullardan istifadə edilməsi və satılması, laboratoriyalarda müayinəyə cəlb edilmiş məhsullarla bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması, işçilərin gigiyena tələblərinə riayət etməsi üçün müvafiq şəraitin təmin olunmaması, onların ilkin və dövrü tibbi müayinədən keçməməsi ilə bağlı nöqsanlar müəyyən edilib.

 

Aşkar edilmiş nöqsanlarla bağlı 466 sahibkarlıq subyekti barəsində agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. 85 müəssisədə malın (mal partiyasının) satışının dayandırılması və qadağan edilməsi, 166 müəssisədə işçi personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərar verilib. Yoxlamalar zamanı 56 müəssisədə isə nöqsan aşkar olunmayıb.

 

Bundan əlavə, bu ilin 6 ayı ərzində 678 ictimai iaşə müəssisələrində 835 monitorinq həyata keçirilib. Aparılan monitorinq zamanı 466 müəssisədə 966 nöqsan aşkar edilib. Bunlardan 348-i obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, 289-u baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, 194-ü qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, 112-si mənşəyi məlum olmayan məhsullara dair uyğunsuzluqların aşkarlanması, 22-si işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) COVID-19 pasportuna malik olmaması, 1-i isə saxta alkoqollu içkilərin satışı ilə bağlı olub. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.


OXŞAR XƏBƏRLƏR

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...