Logo

Daha 233 kirayə mənzil SATIŞA ÇIXARILDI

Daha 233 kirayə mənzil SATIŞA ÇIXARILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif etdiyi yaşayış sahələrinin siyahısına daha 233 yeni mənzil əlavə edilib.

Sfera.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Yaşayış sahələri Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşir. Mənzillərin aylıq ödənişi 376 manatdan başlayır. Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən vətəndaşların seçimi üçün 3 avqust 2023-cü il tarixindən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 3736 vətəndaşla kirayə müqaviləsi bağlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR