Qəssab ət borcuna görə müştərini ət yerindən asdı - Bakıda ŞOK OLAY

Qəssab ət borcuna görə müştərini ət yerindən asdı - Bakıda ŞOK OLAY

Bakıda qəssab ət borcuna görə vətəndaşı döyərək, ət asılan yerdən asıb. 

 

Sfera.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, hadisə Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən ət kəsimi və satışı mağazasında baş verib. 

 

1991-ci ildə Tərtər rayonu, Sevdimli kəndində anadan olmuş Yusub Cəlalov (ad-soyad şərti) həmkədlisi Elsəvərə (şərti) bu ilin may ayında 180 manat dəyərində nisyə ət verib. Elsəvər borucunu qaytara bilmədiyi üçün iyulda Yusuba 100 manat dəyəri olan qol saatı satıb. Saat işləmədiyi üçün bir gün sonra Yusub Elsəvəri işlədiyi mağazaya çağırıb. O, saatın işləmədiyini deyərək, geri qaytarmaq istədiyini bildirib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Yusub Elsəvərə ətə görə 180 manat borcunun olduğunu bildirib və həmin pulu da tələb edib. Lakin Elsəvər ətə görə 180 manat yox, 60 manat borcu olduğunu deyib.

 

Bundan qəzəblənən Yusub Elsəvəri döyüb, ət yerindən asıb. Elsəvər qəssab barəsində polisə şikayət edib və iş protokllaşdırılaraq məhkəməyə göndərilib. 

 

Məhkəmədə də Elsəvər Yusubdan şikayətçi olduğunu dilə gətirib. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirlərinin tətbiq olunmasını xahiş edib. 

 

Məhkəmə Yusubu İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli biliərək, 300 manat məbləğində cərimə edilib.


OXŞAR XƏBƏRLƏR

Əhaliyə may ayı ilə bağlıCİDDİ XƏBƏRDARLIQ- Həmin günlər təhlükəli tarixlərdir

May ayı təkcə uzun zamandır gözlənilən istilərlə deyil, həm də ciddi maqnit qasırğaları ilə yadda qalacaq.   Alimlər geomaqnit fırtınalarının insan s...

Netanyahunun korteji qəzaya düşdü - FOTO

İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.   Sfera.az xəbər  verir ki, hadisə Netanyahunun Qüdsdəki ofisinin qarşısında baş v...

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...