Azərbaycanda taksi qiymətləri ARTDI: Yaxın məsafələr üçün minimal məbləğ BU QƏDƏR OLDU

10:46 / 24.07.2023
5517
Bu gündən Azərbaycanda bəzi taksi şirkətləri qısa məsafələr üçün gediş haqqı qiymətlərini qaldırıblar.
Sfera.az xəbər verir ki, “Uber”, “Bolt” və “Yango” şirkətlərində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 2,50 AZN olub.
Qeyd edək ki, əvvəllər bu məbləğ 1-1,60 AZN aralığında dəyişirdi.