Logo

Azərbaycanda AĞIR QƏZA - 18 yaşlı sürücü öldü + FOTO

Azərbaycanda AĞIR QƏZA - 18 yaşlı sürücü öldü + FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 18 yaşlı Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb. Xəsarət alan F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, sürücü orada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR