Ceyhun Bayramov jurnalistləri təbrik etdi
Kateqoriya məlum deyil
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Milli Mətbuat Günü ilə əlaqədar paylaşım edib.
Sfera.az xəbər verir ki, XİN rəhbəri bu barədə Tvitterdə yazıb.
"22 iyul - Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür. Bu əlamətdar gün münasibətilə daim əzmkarlıqla çalışan vətənpərvər jurnalistlərimizi səmimi qəlbdən təbrik edir, onlara şərəfli və olduqca vacib işlərində daim uğurlar arzulayıram", - nazir bildirib.






