İstanbulda kritik zəlzələ hazırlıqları – Nazirin İmamoğlu ilə görüşündə hansı qərarlar alındı?

Cəmiyyət
14:31 / 19.07.2023
8512
Seysmoloqların ardıcıl xəbərdarlıqlarından sonra Türkiyə hakimiyyəti İstanbulu mümkün dağıdıcı zəlzələyə hazırlamaq üçün hərəkətə keçib.
Sfera.az xəbər verir ki, bunu Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmed Özhaseki mətbuat konfransında deyib.
“İstanbulda gözlənilən zəlzələ ilə bağlı İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu və bölgə rəhbərləri ilə görüşdük, prinsipial razılığa gəldik. Gələn həftə fəlakətə hazırlaşmaq üçün işə başlayırıq", nazir qeyd edib.
Xatırladaq ki, iyulun 12-də türkiyəli seysmoloq Naci Görür 17 milyon əhalisi olan İstanbulun yerləşdiyi Mərmərə dənizində 7,2-7,6 bal gücündə zəlzələ olacağını proqnozlaşdırıb.
Əzizə