Bakıda məşhur restoranda dava - İki ofisiant tutuldu
Kateqoriya məlum deyil
Bakı şəhər Babək prospektində yerləşən “Monte Karlo” şadlıq sarayında işçilər arasında kütləvi dava olub.
Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, orada keçirilən toy məclisindən sonra 1985-ci il təvəllüdlü Murad Musayev bıçaqlanb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb.
İlkin araşdırmalardan sonra hadisəni orada ofisiant işləyən Masallı sakinləri, 1993-cü il təvəllüdlü Zaur Əkbərov və qardaşı Əli tərəfindən törədilməsi müəyyən edilib. Onlar saxlanılıblar.
Faktla bağlı Nizami RPİ-nin 23-cü Polis Bölməsində araşdırma aparılır.






