Nazir: Əhalinin gəliri artıb

Nazir: Əhalinin gəliri artıb
Cari ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,7%, əhalinin hər nəfərinə düşən gəlirlər isə 4,4% artıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Nazir qeyd edib ki, 2003-cü illə müqayisədə işçilərə əmək ödənişlərinin ümumi məbləğində 2015-ci ilin əvvəlinə olan məlumata əsasən, 6,6 dəfədən çox artım özünü göstərib: 

“Orta aylıq əməkhaqqının məbləği isə 5,6 dəfədən çox, o cümlədən cari ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6% artaraq 462 manata çatıb”.

Onun sözlərinə görə, il ərzində bağlanan nikahların sayı da 2005-ci illə müqayisədə 18,5%, 2010-cu illə müqayisədə 7,2% artıb və hazırda respublikada nikahların sayı boşanmaların sayını 7 dəfədən çox üstələyir.

Nazir bildirib ki, əgər 2005-ci ildə əhalinin 3,6%-i 70 və daha yuxarı yaşda olanlar idisə, 2015-ci ilin əvvəlinə bu göstərici 3,9%-əyüksəlib:

“Ölkəmizə daimi yaşamaq üçün gələnlərin sayı da ölkədən daimi yaşamaq üçün başqa ölkələrə gedənlərin sayını üstələyib”.

S.Müslümov deyib ki, nazirliyin məşğulluq orqanları tərəfindən cari ilin 11 ayında 27146 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə, 1600 nəfərə yaxın şəxs ödənişli ictimai işlərlə, əmək birjaları vasitəsilə 3774 nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin edilib: 

“İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması və əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün qeyd olunan dövrdə 3977 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3% və ya 404 nəfər çoxdur. 

Habelə 100 min nəfərə yaxın gəncə gələcək peşə və ixtisas seçimində köməklik üçün peşəyönümü məsləhətləri verilib. Ümumiyyətlə, məşğulluq orqanları tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların sayı son on ildə 2,5 dəfədən çox artıb”.

OXŞAR XƏBƏRLƏR

Bu şəxslərə 1600 manat verilir

Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavin...

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

Bir sıra ölkələr, az əhali yaşayan kənd və kiçik şəhərlərin canlandırılması məqsədilə xaricdən köç edənlərə müxtəlif maliyyə təşviqləri və sosial dəstəklər təqd...

Həcc namizədlərinin Ərəfat dağı səfəri başladı

Dünyanın müxtəlif ölkələrindən müqəddəs torpaqlara axışan 1,7 milyon həcc namizədi Məkkədə ibadətlərlə Ərəfat dağı səfərinə hazırlaşır.    Sfera...

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...