Logo

"Dövlət xəstəxanaları pullu olmayacaq"

"Dövlət xəstəxanaları pullu olmayacaq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Səhiyyə Nazirliyi dövlət xəstəxanalarının statusunun dəyişməsi ilə bağlı məsələyə münasibət bildirib.

Sfera.az xəbər verir ki, Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, əgər dövlət tibb müəssisələri əvvəllər Əsasnamə əsasında fəaliyyət göstərirdisə, bundan sonra Nizamnamə əsasında fəaliyyət göstərəcək.

Nazirlikdən qeyd olunub ki, dövlət xəstəxanaları pullu olmayacaq və bu məsələ gündəmdə deyil.

"Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Dəyişikliklərə əsasən, bələdiyyə xəstəxanaları əsasən pullu fəaliyyət göstərəcək. Bələdiyyələr yerli idarəetmə orqanı olduğuna görə Səhiyyə Nazirliyinin onların fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR