15 iyulda möhtəşəm “Dəniz Karnavalı” baş tutdu! - FOTOLAR

15 iyulda möhtəşəm “Dəniz Karnavalı” baş tutdu! - FOTOLAR

15 iyul tarixində PAŞA Malls-un təşkilatçılığı ilə möhtəşəm “Dəniz Karnavalı” baş tutdu!

 

Sfera.az xəbər verir ki, karnaval 19:00-da Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsindən start götürdü və Dəniz Mall ticarət və əyləncə mərkəzinə qədər davam etdi. Dəniz Mall-a doğru uzanan yol boyunca karnaval iştirakçılarını əyləncə dolu, bir-birindən rəngarəng musiqili proqram müşayət etdi.

 

Karnaval daha sonra məşhur müğənni HİSS-in konserti ilə davam etdi. Minlərlərlə iştirakçı sevilən ifaçının ifalarından zövq aldı. Konsert sonrası karnaval iştirakçıları Dəniz Mall-dakı endirimlərdən yararlandılar. Geyim brendlərinin vermiş olduğu endirimlərlə yanaşı bir sıra restoran və kafelər də xüsusi təkliflərlə karnaval iştirakçılarını sevindirdilər. Möhtəşəm karnaval şənliyi bol əyləncə, endirimlər, xüsusi konsert proqramı ilə yekunlaşdı.

 

Nəzərinizə çatdırmaq istərdik ki, karnavalda iştirak ödənişsiz olaraq həyata keçirilib.

 

Karnavalın avqust və sentyabr aylarında da davam edəcəyi planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR