TƏBİB quduzlaşdığı deyilən uşaqla bağlı MƏLUMAT YAYDI

TƏBİB quduzlaşdığı deyilən uşaqla bağlı MƏLUMAT YAYDI

TƏBİB it dişləyən uşağın valideynlərinin narazılığına münasibət bildirib.

 

Sfera.az xəbər verir ki, yayılan video ilə bağlı qurumdan qeyd edilib ki, Balakən qeydiyyatında olan, Sumqayıtda məskunlaşan 2016-cı il təvəllüdlü Mirqafarov Tunar Kənan oğlu ailə üzvləri ilə birlikdə 8 iyul 2023-cü il tarixində ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına daxil olub.

 

"Ailə üzvlərinin sözlərinə görə, onu it dişləyib. Baş, qol və kürək nahiyələrindən xəsarətlər alan Tunar Mirqafarova ilkin tibbi yardım göstərilib, cərrahi əməliyyatlar həyata keçirilib.

 

Eyni zamanda, ona quduzluq əleyhinə immunoqlobulin və sxemə uyğun antrabik vaksini vurulub. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - məlumatda deyilir.


OXŞAR XƏBƏRLƏR