"Ermənilər bizimlə yaşaya bilərlər"


"Biz Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün çalışırıq. Səylərimizi artırmaq istəyirik. İnanıram ki, gün gələcək azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar”.

Belə bir açıqlama ilə İrəvanda keçirilən mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik çıxış edib. 

Həmsədr deyib ki, region sakinlərinin sülh şəraitində yaşamaq hüququ var: "Mənim arzum – həm Azərbaycanda, həm də Ermənistanda insanların sülh və sabitlik şəraitində yaşamasıdır".

Həmsədr, həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vacib elementlərdən biri insanlar arasında əlaqədir və vasitəçilər bu cür əlaqələri dəstəkləməyə çalışır.

Sfera.az xəbər verir ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyətinin üzvü, deputat Elman Məmmədov Uorilikin fikirlərinə cavab olaraq AzVision.az-a bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan heç bir vaxt birgəyaşayış və əməkdaşlıq mümkün deyil: "Münaqişə həll olunduqdan sonra Azərbaycan qanunlarına tabe olmaqla ölkəmizdə yaşaya bilərlər. Bir şərtlə ki, onlar Qarabağda hadisələr baş verənə qədər ölkəmizdə yaşamış olsunlar və hadisələr baş verən zaman azərbaycanlılara qarşı cinayət törətməsinlər. Qanunlar çərçivəsində ölkəmizdə yaşaya bilərlər. Münaqişə həll olunmadan hər hansı bir əməkdaşlıqdan, yoldaşlıqdan, birgəyaşayışdan söhbət belə gedə bilməz. 

Diplomatiyadan və siyasətdən kənar, bir vətəndaş kimi mövqeyim belədir ki, ermənilər Cənubi Qafqazın baş ağrısıdır. Ona görə şəxsən istəyərəm ki, Cənubi Qafqaz ermənisiz olsun. Onları bu regiondan süpürüb atmaqdan başqa çıxış yolu yoxdur. Biz beynəlxalq təşkilatlarla görüşümüzdə də deyirik ki, qanunlarımızı pozmayan, onu qəbul edən, xalqımıza qarşı cinayət etməmiş ermənilər istəsələr yaşadıqları yerdə qala bilərlər. Yəni, biz onları qovmuruq”. 


OXŞAR XƏBƏRLƏR

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeniTƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....