“20 Yanvar” metrostansiyasında YANĞIN

“20 Yanvar” metrostansiyasında YANĞIN

Bakı metropoliteninin "20 Yanvar" stansiyasının havalandırma şaxtasının köşkü yaxınlığındakı obyektlərdən birində baş vermiş yanğın səbəbi ilə stansiyaya tüstü daxil olması müəyyən edilib.

 

Bunu Sfera.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat ximdətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

Onun sözlərinə görə, şaxtadakı güclü ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilərək, tüstü və qoxunun təsiri ən qısa zamanda aradan qaldırılıb.

 

"Ümumiyyətlə, son illərdə ventilyatorların iş rejiminin mərkəzləşdirilmiş qaydada təşkil edilməsi ilə bağlı tətbiq edilmiş texnoloji yeniləşmə və idarəetmə sistemlərinin müasir tələblər səviyyəsində qurulması sayəsində ventilyatorların iş rejimi operativ şəkildə dəyişdirilir, həmçinin ventilyatorların bir rejimdən digərinə keçidi mümkün ən qısa müddətdə baş verir", - deyə B. Məmmədov əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Futbol meydanında qeyri-adi hadisə - Oyun yarımçıq dayandırıldı - VİDEO

Hindistan Super Kubokunun Inter Kaşi ilə Mumbai Siti komandaları arasında keçirilən qarşılaşması qeyri-adi hadisə ilə yadda qalıb. Oyunun gedişində top tribunal...

Avtomobil nömrə nişanları 3 hərf və 4 rəqəm kombinasiyasına keçə bilər? – AÇIQLAMA

Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanları uzun illərdir mövcud olan standartlara əsasən verilir. Hazırda istifadə olunan format iki rəqəm (region k...

"ABB mobile" tətbiqi daha da etibarlı oldu

"ABB" yeni təhlükəsizlik tədbirləri ilə "ABB mobile" tətbiqinin etibarlılığını maksimum səviyyəyə yüksəldir. Müştərilərin vəsaitlərinin təhl...

“WhatsApp” istifadəçilərinə böyük yenilik - Artıq mümkün olacaq...

  Mobil versiyada mövcud olan səsli və video zəng funksiyası artıq "WhatsApp"ın veb versiyasında da əlçatan olacaq.   Sfera.az x...

Mayın ilk günü Bakıda 20 dərəcə isti olacaq

Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.   ...

Leyla çənəsini "uzatdı", görün nə hala düşdü - FOTO

Aparıcı Leyla Mustafayeva izləyicilərini təəccübləndirib.   Sfera.az  xəbər verir ki, o, etdirdiyi kosmetoloji prosedurdan görüntü paylaşıb...