Logo

Cavid Qurbanovun kadrının oğlunun milyonluq maşın kolleksiyası - FOTOLAR

Cavid Qurbanovun kadrının oğlunun milyonluq maşın kolleksiyası - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
“Azəryolservis” ASC-nin 71 saylı Yol İstismarı İdarəsinin sabiq rəisi, hazırda “Azərbaycan Dəmir
Yolları” QSC-nin məsul şəxslərindən olan Xaqani Kazımovun oğlu, Bakı şəhər Prokurorluğunda
çalışan Vüsal Kazımov bahalı avtomobillərdən ibarət kolleksiyaya sahibdir.
Bu barədə etibarlı mənbələrdən məlumat daxil olub.
Mənbə həmin kolleksiyanın bir hissəsinin fotolarını da təqdim edib. Bu avtomobillərin dəyəri bir neçə 
milyon manatlarla ölçülür. Ancaq V.Kazımov və atasının rəsmi maaşı 1000 manadan yuxarı deyil.
Qeyd edək ki, əslən Kəlbəcərdən olan X.Kazımov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovunən 
yaxın adamlarından biri sayılır. C.Qurbanov “Azəryolservis”-ə rəhbərlik edəndə X.Kazımov 71 saylı Yol İstismarı
İdarəsinə rəis təyin edilir və bu idarə ən çox dövlət sifarişləri alan quruma çevrilir.
C.Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr təyin edildikdən sonra isə onu özü ilə bərabər dəmiryol sisteminə transfer edib…(istiqlal.az)Cavid Qurbanovun kadrının oğlunun milyonluq maşın kolleksiyası - FOTOLARCavid Qurbanovun kadrının oğlunun milyonluq maşın kolleksiyası - FOTOLARCavid Qurbanovun kadrının oğlunun milyonluq maşın kolleksiyası - FOTOLARCavid Qurbanovun kadrının oğlunun milyonluq maşın kolleksiyası - FOTOLAR
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR