Özəl çimərliklərdə istirahət neçəyə başa gəlir? - VİDEO

Özəl çimərliklərdə istirahət neçəyə başa gəlir? - VİDEO

İsti yay günlərində əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də çimərliklərdir. Ödənişli və yaxud ödənişsiz, hər kəs istirahətini cibinə görə müəyyənləşdirir. Amma özəl çimərliklərə giriş haqqının baha, məhdudiyyətlərin isə sərt olması paytaxt sakinlərinin daha çox pulsuz çimərliklərdə üz  tutmasına gətirib  çıxarır.

 

Sakinlər Xəzər TV-yə ictimai çimərliklərə üstünlük verdiklərini müxtəlif cür izah edirlər.

 

Özəl çimərliklərdən fərqli olaraq burada sərt qaydalar tətbiq  edilmir. Kimi özü ilə samovar gətirir, kimi də yemək-içmək.

 

Bəs görəsən, özəl çimərliklərdə qiymətlər niyə bahadır?

 

Araşdırma zamanı məlum olub ki, özəl çimərliklərdə giriş haqqı 20-30 manat arasında dəyişir. İstirahətə gələnlər daxili qaydalara riayət etməlidir.

 

Çimərliyə nəinki yemək-içmək, hətta su gətirməyə belə icazə verilmir. Marketlərdə 40-50 qəpiyə satılan su burada 3 manata təklif edilir.

 

Qiymətlərin belə olması xidmət  səviyyəsinin yüksək olması ilə izah edilir.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

TikTok yaradıcıları - Onlar poeziyanı təbliğ edir

TikTok müasir dövrün ən nəhəng rəqəmsal platformalarından birinə çevrilib və burada yalnız əyləncəli videolarla deyil, həm də ədəbi dəyərləri yaşadaraq izləyici...

ABB Sahibkarlar Gününü müştərilərlə qeyd etdi

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştir...

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...