Göyçay çayının sahilində təmizlik aksiyası keçirildi - FOTOLAR

Göyçay çayının sahilində təmizlik aksiyası keçirildi - FOTOLAR

15 iyul 2023-cü il tarixində “Təmiz Ölkəm” aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göyçay çayının şəhər ərazisindən keçən hissəsinin sahilində təmizlik aksiyası keçirilib.


Sfera.az xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə, ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.


Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika cəlb olunub və bütün tullantılar aidiyyəti üzrə təhvil verilib.
Keçirilən iməclik tədbirində Göyçay Şəhər Təsərrüfatı Birliyinin və Göyçay bələdiyyəsinin əməkdaşları fəal iştirak ediblər.İştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri aparılıb.

 


 


OXŞAR XƏBƏRLƏR