10 ildir tikintisi gedən yeni stansiya bu tarixdə açılacaq - RƏSMİ

10 ildir tikintisi gedən yeni stansiya bu tarixdə açılacaq - RƏSMİ

Təxminən 10 il öncə “Bakı Metropoliteni” QSC-nin Xətai rayonunda inşasına başladığı “Həzi Aslanov-2” stansiyasında işlər hələ də tamamlanmayıb.

 

Sfera.az "Trend"ə istinadən xəbər verir ki, Bakı Metropoliteninin II mövcud (Yaşıl) xəttinin davamı olaraq artıq tikintisinə başlanılmış “Həzi Aslanov-2” stansiyasında inşaat işlərinin başa çatdırılması Bakı şəhərinin Baş Planına uyğun olaraq 2030-31-ci illərdə nəzərdə tutulub. Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

 

Qeyd edək ki, "Həzi Aslanov-2" stansiyası, Bakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyasıdır. Bu stansiyanın "Həzi Aslanov" stansiyasına (qırmızı xətt) birbaşa keçidi nəzərdə tutulur. Bu stansiyadan tunelin "Şah İsmayıl Xətai" stansiyasına qədər uzadılması planlaşdırılır.

 

Xatırladaq ki, hazırda Bakı metropoliteninin 26 stansiyası var. Hazırda tikintisi gedən və şərti adı "B-4" olan stansiyanın isə 2024-cü ilin sonu 2025-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılıb.


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...