Lənkəranski 500 min dollara killer tutub “Lotu Quli”ni öldürmək istəyirdi... - ŞOK AUDİOYAZI
Belə məlum olur ki, İlqar "Lotu Quli”nin öldürülməsi üçün lazım olan məbləğin 300 min dollarını Hikmətin ailəsinə çatdırıb. Lakin hüquq-mühafizə orqanları bu şübhəli pul transferindən xəbər tutub, evdə axtarış aparılıb. Habelə Hikmətin qaldığı "zon”da "şmon” olub. Bu uğursuzluğa baxmayaraq tərəflər yenə də planı müzakirə ediblər və Hikmət sifarişi yerinə yetirəcəyinə tam arxayın edib. Ancaq ona çatacaq məbləğin 100, yaxud 200 min dollarının "Rövşən Lənkəranski” tərəfindən veriləcəyinə tam əmin olmaq istəyib. Ancaq plan baş tutmayıb, çox güman ki, "Lotu Quli”nin həbsxanada ona sui-qəsd hazırlanmasından xəbəri olub və zəhərləmə əməlyyatı alınmayıb.
Telefon söhbətlərindən məlum olur ki, həmin vaxtlar "Lotu Quli” özü də "gec-tez Rövşənin başını yeyəcəyi” haqda danışırmış…
P.S. Oxucuların nəzərinə çatdırırıq ki, telefon danışıqlarında tərəflər kriminal jarqonlardan və senzuradan kənar ifadələrdən istifadə edirlər.