Zeytun yağı bahalaşır - SƏBƏB

Cəmiyyət
16:00 / 13.07.2023
7739
Avropada zeytun yağının qiymətləri quraqlıq səbəbindən artıb.
Sfera.az “Financial Times”ə istinadən xəbər verir ki, 2023-cü ilin sentyabrında ilk dəfə kiloqramının qiyməti 4 avronu keçən zeytun yağı dünyanın ən böyük istehsalçısı İspaniyada, eləcə də İtaliya və Portuqaliyada havaların temperaturunun artması və yağışın olmaması səbəbindən 7 avroya yüksəlib.
Avropada zeytun yağının bahalaşması Türkiyəyə də sirayət edib. Türkiyədə son iki ayda zeytun yağının qiyməti 77 faizdən çox artıb.
Azərbaycanda da zeytun yağı bahalaşır. İlin əvvəlində zeytun yağının bir litri orta hesabla 13,6 manat olduğu halda mayda 14,6 manata yüksəlib, iyunda isə 15 manatı ötüb.
Vasif