Logo

Əhali “yeyib-içmək” xərclərini kəskin artırıb – RƏQƏMLƏR

Əhali “yeyib-içmək” xərclərini kəskin artırıb – RƏQƏMLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda ictimai iaşə sektorunda xərclənən vəsait bu il kəskin şəkildə artıb.

Sfera.az xəbər verir ki, restoran, kafe, yeməkxana və digər bu kimi yerlərdə 6 ay ərzində 939 milyon manat xərclənib.

Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz və ya 288 milyon manat çoxdur. Ötən ilin birinci yarısında iaşə müəssisələrində 651 milyon manat xərclənmişdi.

Müqayisə göstərir ki, Azərbaycanda insanlar hər gün yeyib-içməyə 5,2 milyon manata yaxın pul xərcləyiblər. Bu, ay ərzində adambaşına 16-17 manat xərc deməkdir.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR