Rabitəbank MİDA xətti ilə satılan mənzillər üzrə güzəştli ipoteka təklif edir

Rabitəbank MİDA xətti ilə satılan mənzillər üzrə güzəştli ipoteka təklif edir

Güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər Rabitəbankın İKZF vəsaiti hesabına MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi) tərəfindən inşa edilən mənzillərin alınması üçün verilən güzəştli ipoteka krediti təklifindən yararlana bilərlər.
 

 “Rabitəbank” ASC və “MİDA” MMC arasında müvafiq əməkdaşlıq müqaviləsi çərçivəsində Agentliyə aid 100 000 AZN-dək daşınmaz əmlakı 10% ilkin ödənişlə, illik cəmi 4%, 30 il müddətinədək güzəştli ipoteka krediti vasitəsilə əldə etmək mümkündür. Bank MİDA xətti ilə satılan mənzillər üzrə güzəştli ipotekanı 3 iş günü müddətinə rəsmiləşdirir.

 

MİDA xətti ilə güzəştli mənzil əldə edənlərin kredit müraciətlərinə Rabitəbankın Gəncə, Sumqayıt və Bakı şəhəri daxil olmaqla 8 filialında baxılır. Filial əməkdaşları həftə içi hər gün səhər saat 9:00-dan axşam saat 17:00-dək müştərilərə xidmət göstərir.


Agentliyin komplekslərində mənzil almaq üçün Rabitəbankdan güzəştli kreditlərin əldə edilməsi məqsədilə “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçmək və “şəxsi elektron kabinet” yaratmaq lazımdır.

 

Güzəştli ipoteka krediti vasitəsilə güzəştli mənzil əldə etmək hüququna malik şəxslərin siyahısı və bütün şərtlər bankın rəsmi saytında yerləşdirilib: //rbt.az/mida


Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 2016-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə yaradılıb.
 

Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq Qaydaya əsasən, güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərə təklif olunan güzəştlərdən biri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına verilən güzəştli ipoteka kreditidir.
 

MİDA-nın əsas məqsədi çoxmənzilli yaşayış binalarının tikintisinin təşkili və güzəştli kateqoriyaya aid vətəndaşların mənzil əldə etmələrinə şərait yaratmaqdır.

 

1993-cü ildə fəaliyyətə başlayan "Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


OXŞAR XƏBƏRLƏR

PA-ya işə düzəltmə adı 3000 manatlıq dələduzluq

Bakıda vətəndaşı 3000 manata Prezident Adminstrasiyasına (PA) işə düzəldəcəyini və edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.&nbs...

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ oldu

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.   ...

Avtobus avtomobilin sürücüsünü belə vurdu - VİDEO

"Sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizliyi ağır qəzanın baş verməsinə səbəb olub".   Sfera....

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

İyulun 14-də çimərlikdə bir azyaşlı batma təhlükəsi ilə üzləşib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. &n...

Gəncədə zəncirvari qəza- 4 avtomobil toqquşdu

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Hərəkətdə olan &ld...

Azərbaycanda maşının yürüşünü çəkənlər 3 min manat cərimələnə bilər - VİDEO

Sifarişlə Azərbaycana gətirilən avtomobillərin bəzilərinin kilometrajı alındığı ölkələrdə silinir.   Sfera.az Xəzər TV-yə istinadla xəbər verir ...