"07" ilə icra başçısının qarşısını kəsdi, "sözüm var" dedi və... - GƏNCƏDƏ ŞOK

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun avtomobilinin qarşısını kəsmək istəyən vəzifəli şəxs saxlanılıb. 

 

Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1978-ci ildə Gədəbəy rayonunda doğulmuş, ali təhsilli, evli, Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) iş icraçısı vəzifəsində çalışan Nazim İsmayılov (ad-soyad şərti) 9 iyul 2023-cü il tarixdə “VAZ 2107” markalı avtomobillə Gəncə şəhərindəki H.Əliyev prospektində yerləşən xəstəxananın qarşısında saxlayıb, başçının orada olub-olmadığını soruşub.

 

Bu zaman mühafizə işçisi ona icra başçısının avtomobilinin həyətdə olduğunu, lakin özünün orada olub-olmadığını bilmədiyini deyib. O mühafizəçiyə bildirib ki, işlə bağlı narazılığı var və nə olursa-olsun başçısı ilə görüşməlidir. Deyib ki, "lazım olsa" maşınını Niyazi Bayramovun avtomobilinin qarşısına sürüb onu saxlayacaq və sözünü deyəcək. Sonra da əsəbi vəziyyətdə avtomobilə oturaraq oradan uzaqlaşıb. 

 

Nazim İsmayılov hərəkətdə olan zaman nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarmaq və yolun səthində çoxsaylı təkər izlərini buraxmaqla avtoxuliqanlıq edib. Polis onu saxlayaraq, barəsində protokol tərtib edib və işi məhkəməyə göndərib. 

 

Məhkəmənin qərarı ilə Nazim İsmayılov İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılıb və 20 gün müddətində inzibati qaydada həbs edilib. 

 

Qeyd edək ki, Gəncə şəhər MKTİB-in rəisi Nurəhməd Əhmədovdur.


OXŞAR XƏBƏRLƏR

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...

4 900 abonentinin qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldq...

Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - RƏSMİ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilə...