Azərbaycanda bu məhsullar UCUZLAŞDI - ADLAR

Azərbaycanda bu məhsullar UCUZLAŞDI - ADLAR

İyunda mövsümi amillərin təsiri ilə bir çox ərzaq məhsulunun dəyəri may ayına nisbətən enib.

 

Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, iyunda 13 əsas mal qrupundan 7-də qiymətlər enib, 3-də qiymətlər artıb, 3-də isə qiymətlər sabit qalıb.

 

Ən çox qiymət azalması qeydə alınan mal qrupu tərəvəzlər olub. Tərəvəzlərin dəyəri orta hesabla 12,6 faiz enib. Mayda 100 manata alınan tərəvəzləri iyunda 87,4 manata almaq mümkün olub. Tərəvəzlərdən xiyar, pomidor, bibər, badımcan, göy lobya, sarımsaq, soğan, kartof, yerkökü, mərci ucuzlaşıb.

 

Daha çox ucuzlaşan digər ərzaq növü meyvələr olub. Meyvələrin qiyməti bir ayda 3,5 faiz azalıb. Meyvələrdən ərik, gilas, çiyələk, banan ucuzlaşıb. Meyvə və tərəvəzlərdən başqa yumurta (1,5 faiz), kərə və bitki yağları (1,1 faiz) nəzərəçarpacaq dərəcədə dəyər itirib. İyunda ərzaq mallarında bahalaşma istə güclü olmayıb. Ən çox ət və ət məhsullarının qiyməti artıb ki, burada da bahalaşma sürəti 0,7 faiz təşkil edib.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...

4 900 abonentinin qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldq...

Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - RƏSMİ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilə...