İki rayonda bələdiyyə sədrləri cərimələndilər

İki rayonda bələdiyyə sədrləri cərimələndilər

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısını almaqda davam edir. Qazax və Ağstafa rayonları ərazisində keçirilən növbəti belə tədbirlərdə sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

 

DİN-in mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə Qazax rayonunda Daş Salahlı kənd icra nümayəndəsi, Daş Salahlı, Çaylı kənd bələdiyyə sədrləri, Ağstafa rayonu ərazisində isə rayon və Zəlimxan kənd bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

Xəzər dənizinin səviyyəsində son illərdə baş verən dəyişikliklər və regiondakı iqlim prosesləri ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Bəziləri Xəzərin qu...

Məşhur teleaparıcı işdən ayrıldı

İctimai Televiziyanın məşhur aparıcısı Nərmin Salmanova işdən ayrılıb.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın "Xəbərlər" pro...

Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü

Heydər Əliyev Fondu Xalq artisti Zaur Rzayevin müalicə xərclərini üzərinə götürüb.   Sfera.az xəbər verir ki, bu haqda deputat, ürək-damar cərrahı Rə...

Ermənlərin azərbaycanlı əsirlərə işgəncə verdikləri kadrlar məhkəmədə nümayiş etdirildi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.   Mə...

Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.   Sera.az xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyindən...