Azərbaycanda satılan bu qəndlər zərərli imiş...

Azərbaycanda satılan bu qəndlər zərərli imiş...

Azərbaycanda kəllə qənd istehsalı ilə məşğul olan “Bolluq” MMC-nin istehsal müdiri məhkəmə qarşısına çıxarılıb.

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə Nadir Tağıyev (ad-soyad şərtidir) malın keyfiyyətinə dair istehlakçıları aldatmaqla təqsirləndirilib.

 

Belə ki, şirkətin Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanında yerləşən istehsalat müəssisəsində satış üçün hazırlanan qəndlərin tərkibinə normadan artıq kükürd dioksid vurulub.

 

Bu addım qəndin ağardılmasına hesablanılıb.

 

Adiyyəti dövlət qurumlar tərəfindən şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 13-cü kilometrdə yerləşən anbarında aparılan yoxlamalar nəticəsində 33.243,81 manat dəyərində “Oman”, “Əla keyfiyyətli kəllə qənd” və “Bolluq” markası ilə müxtəlif çəkidə qablaşdırılmış qəndlər aşkarlanıb.

 

Qeyd edək ki, qəndin tərkibində kükürd dioksidin normadan artıq olması insan sağlamlığı üçün riskli hesab olunur. Belə ki, qeyd olunan maddə insan orqanizmində tənəffüs yollarının disfunksiyasına, həmçinin mədə-bağırsaq pozğunluqlarına səbəb olur.

 

Məhkəmə istehsalat müdirinin 7 min manat cərimələyib. Bundan başqa, o, 1 il ay müddətində dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...