Deputatın nazir Emin Əmrullayevlə şəxsi YAZIŞMALARI YAYILDI

Deputatın nazir Emin Əmrullayevlə şəxsi YAZIŞMALARI YAYILDI

Deputat Etibar Əliyevin Elm və Təhsil naziri Emin Əmrullayevlə yazışmaları yayılıb.

 

Sfera.az bildirir ki, bu barədə millət vəkili öz sosial şəbəkə hesabında məlumat verib:

 

“Emin Əmrullayevin “Yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimdən sonra mənim nazirlə şəxsi “WhatsApp” yazışmamın nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşımlarının şahidi oldum. Nazirliyin yanında fəaliyyət göstərən İctimai Şuranın sədrinə bu məsələlərin - Azərbaycanda sertifikasiyalaşmanın nəticələri və nazirlə şəxsi yazışmalarımın yayılmasının müzakirəsini gündəliyə daxil edilməsini təklif etdim. Ümid edirəm ki, üzvü olduğum İctimai Şuranın iclasında bu təkliflərimin müzakirəsi baş tutacaq”.

 

E.Əliyev həmçinin qeyd edib ki, Şuranın iclasının açıq keçirilməsini, bura nazirin, o cümlədən təhsil ekspertlərinin də dəvət olunmasını təklif edib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR