Logo

"Çimərliklərə əlavə polis naryadları cəlb edilib" - DİN

"Çimərliklərə əlavə polis naryadları cəlb edilib" - DİN
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün isti hava şəraiti ilə əlaqədar paytaxt sakinlərinin çimərliklərə kütləvi gedişi nəzərə alınaraq Daxili İşlər Nazirliyi tərəfindən polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib.

Bu barədə Sfera.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

İctimai qaydanın və ictimai təhlükəsizliyin təminatı məqsədilə xidmətə əlavə canlı qüvvə çıxarılıb.

Bütün çimərliklərə gedən yollar üzrə hərəkətin fasiləsizliyi təmin olunub, çimərliklərə naryad qrupları təhkim olunub.

Köməyə ehtiyacı olan şəxslərə çağırışılar üzrə operativ köməkliklər göstərilib, müfaviq dövlət qurumları ilə əlaqəli fəaliyyət icra edilib. Hazırda xidmət davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR