AzTV-nin xərçəng xəstəsi olan əməkdaşı: \"Ata-anamın kəndində...\"

AzTV-nin xərçəng xəstəsi olan əməkdaşı: \

Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Natəvan Babayevanın səhhətində problem yaranıb.Bir neçə ildir onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist Türkiyəyə gedərkən Bakı hava limanında halı pisləşib.

 

Sfera.az xəbər verir ki, aparıcı səhhəti ilə bağlı News24.az-a açıqlama verib. 

 

“Səhhətimdə yaranan problemə görə bir gün telefonuma baxa bilmədim. Vəziyyətim yaxşılaşanda gördüm ki, tanıyan-tanımayan hər kəs narahat olub. Hələ də zəngləri, mesajları cavablayıram. Gördüm ki, məni nə qədər sevən insan varmış. Yaranan fürsətdən istifadə edib demək istəyirəm ki, narahat olmasınlar. İndi özümü yaxşı hiss edirəm. Hazırda rayondayam. İstirahət edirəm. Ata-anamın kəndində, qohumlarımın əhatəsində özümü yaxşı hiss edirəm. Mesaj yazan, halımı soruşan, narahat olan hər kəsə təşəkkür edirəm! Hamınızı sevirəm”.

 

Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının peşəkar aparıcılarından biri olub.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...