Logo

Polisdə 2860 qadın xidmət edir

Polisdə 2860 qadın xidmət edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Cari ilin doqquz ayında ölkədə qadınlara qarşı 4 552 cinayət törədilib”.

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov deyib. Onun sözlərinə görə, zorakılıqla bağlı cinayətlərin sayı 1747 olub: "Bu hüquqazidd əməllərə görə, 2 104 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Cinayətlərin 13 faizi və ya hər səkkizincisi ailə məişət münaqişəsi zəminində baş verib”.

Şöbə rəisi əlavə edib ki, 9 ay ərzində qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı heç bir cinayət faktı qeydə alınmayıb.

DİN rəsmisi qeyd edib ki, bu gün daxili işlər orqanlarında 2860 qadın xidmət edir ki, onlardan 1347-si xüsusi rütbəli, 1 513-ü isə mülki işçilərdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR