Uşağın cinsiyyətini öyrənən ər qadını doğum evində qoyub getdi - FOTO 

Uşağın cinsiyyətini öyrənən ər qadını doğum evində qoyub getdi - FOTO 

Adının açıqlanmasını istəməyən kişi məşhur Reddit forumunda ikinci qızını dünyaya gətirəndən sonra göz yaşları içində xəstəxanadan necə qaçdığı barədə danışıb. Lakin o, həyat yoldaşının oğlan uşağı da dünyaya gətirdiyini bilən kimi geri qayıtmağa tələsib.

 

Sfera.az bildirir ki, kişi formalaşmış ailə ənənəsinə görə ulu babasının adını ötürmək üçün həmişə oğul arzusunda olduğunu bildirib.

 

“Ailəmizin üç nəsli ərzində hər hansı bir kimsə mənim ulu babamın adını daşıyıb.Amma, atamın, dayımın və bibimin üç oğlan və iki qız uşağı olmasına baxmayaraq, indiyə qədər hamımız ya hamiləlik problemindən əziyyət çəkmişik, ya da yalnız qız uşağı dünyaya gətirmişik. Yanlış anlamayın, mənim həyat yoldaşımla artıq bir qızım var və mən onu çox sevirəm, amma oğlumun doğulmasını gözləyərək öz üzərimdə çox təzyiq hiss edirdim”- deyə o yazıb.

 

Kişi həyat yoldaşının əkiz uşaq daşıdığını öyrənib və bu, oğul sahibi olmaq şansını dərhal ikiqat artırıb. Cütlük cinsiyyətlə bağlı o qədər narahat olub ki, doğumdan əvvəl bunu bilmək istəməyiblər. Kişinin dediyinə görə, qohumlar hamilə qadının əlamətlərinə görə, uşaqların mütləq eyni cinsdən olacağına dair bir dəstə köhnə “diaqnozlar” veriblər. Əkizlərin ən böyüyü bazar günü səhər saat 11.20-də dünyaya gəlib, lakin yeni doğulan körpənin cinsiyyətini görəndə otaqda səssizlik hökm sürüb.

 

"Mən körpənin ağladığını, daha sonra danışan qohumların səsini eşitdim. Nəhayət, kimsə mənə dedi ki, bu sağlam qızdır və mən fəxr etməliydim. Qohumların başıma döyəclədiyi üçün o qədər üzüldüm ki, birinci qızdırsa, ikincisi də qız olacaq. Bunu deməyə nifrət edirəm, amma buna görə çox stress keçirdim.Maşına çıxıb ağladım,sonra kofe içib sakitləşmək üçün yaxınlıqdakı kafeye getdim” - deye o forumda yazıb.

 

Ana kafeyə girməzdən əvvəl kişiyə zəng edərək bir oğlunun da dünyaya gəldiyini deyib. "Maşını fırladıb xəstəxanaya qayıtdım. Ancaq həyat yoldaşımın otağına çatanda tibb bacısı çıxdı və kifayət qədər məzəli tonda dedi: "Cənab, arvadınız sizi içəri buraxmamağımızı xahiş edir”. Ona həyat yoldaşımla birlikdə olmaq istədiyimi söyləməyə çalışdım, amma o, mənə sadəcə olaraq "mənə görə problem yoxdur, lakin. həyat yoldaşın otağına çıxmağı qadağan edib". Nəhayət, növbəti gün səhər dedi ki, mən çıxa bilərəm. Tibb bacısı çıxıb “Əkizləri qucaqlamağa gəlin” deyəndə, mən ağladım” - deyə kişi əlavə edib.

 

Kişi Reddit-də insanlara müraciət edərək, ilk uşağının qız olduğunu biləndən sonra istifadəçilərdən "emosiyalarını toplamağa getməsi" ilə bağlı səhv edib-etmədiyini soruşub.

 

"Qızınıza qarşı hiss etdiyiniz ilk emosiya məyusluq idi. Bu, tamamilə utancvericidir və siz özünüzdən utanmalısınız"- deyə bir forum istifadəçisi ona cavab yazıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...

Azərbaycan millisi Dünya Seriyasında 1/4 finala vəsiqə qazandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.   Sfera.az xəbər verir ki, k...

Araqçı: İran ABŞ ilə dialoqu bərpa etməyə hazırdır

Tehran həmişə nüvə proqramı ilə bağlı danışıqlara hazır olub və hazır olacaq, təbii ki, bu dialoq bərpa olunarkən ABŞ və digər ölkələrin hərəkətləri müharibəyə ...

Ukrayna və Azərbaycan iqtisadi əməkdaşlıq planı imzalayıb

Bu gün Bakıda Ukrayna-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilib.   Sfera.az xəbər verir ki, Ukrayna nümayə...

Çayda boğularaq ölən Səfiyənin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Zaqatalanın Yuxarı Tala kəndi ərazisində 2 yaşlı uşaq çayda boğulub.   Sfera.az-ın məlumatına görə, ...