DTX Akademiyası müdavimlərinin növbəti buraxılışı oldu - FOTO

DTX Akademiyası müdavimlərinin növbəti buraxılışı oldu - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) növbəti məzun buraxılışı ilə əlaqədar təntənəli tədbir keçirilib. Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər.

 

DTX-nin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, əvvəlcə Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq, Ulu Öndərin Akademiyada ucaldılmış abidəsi ziyarət edilmiş və önünə gül dəstələri qoyulub.

 

Mərasimdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi yolunda həlak olmuş şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirildikdən sonra məzunlara diplomlar təqdim olunub.

 

Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Akademiyanın şəxsi heyətini, məzunları və onların valideynlərini salamlayaraq, təhlükəsizlik orqanlarında çalışacaq gənc zabitləri təhsillərini müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib, əsası 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və dahi rəhbərin adını daşıyan bu tədris ocağında qazandıqları bilik və praktiki vərdişləri gələcək xidməti fəaliyyətlərində uğurla tətbiq edəcəklərinə, Heydər Əliyevin bu orqanlarda yaratdığı peşəkarlıq irsini layiqincə davam etdirəcəklərinə, təhlükəsizliyin etibarlı təminatına öz töhfələrini verəcəklərinə ümidvar olduğunu bildirib. Akademiyanın yaranmasının 25 illiyinin Ümummilli Liderin 100 illik yubileyinin qeyd olunduğu ilə təsadüf etdiyini diqqətə çatdıran Xidmət rəisi ötən illər ərzində bu ali təhsil müəssisəsində xüsusi xidmət orqanları üçün yüksək ixtisaslı kadrların hazırlanması, maddi-texniki bazanın davamlı təkmilləşdirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülməsindən söhbət açıb.

 

General-polkovnik Əli Nağıyev hazırda Akademiyaya qəbul və namizədlərin seçiminə ciddi tələblərin qoyulduğunu və imtahanlarda yüksək keçid balları toplayaraq Akademiyaya daxil olan və fərqlənmə diplomu ilə bitirən kursantların sayının ildən-ilə artdığını qeyd edib, onların respublikada keçirilən müxtəlif bilik yarışlarında birincilik əldə etmələrinin məmnunluq doğurduğunu vurğulayıb.

 

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Akademiyaya xüsusi diqqət və qayğısının növbəti təzahürü kimi ölkə başçısının müvafiq Sərəncamı ilə Akademiyanın təhsil sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması və imkanlarının daha da genişləndirilməsi üçün nizamnaməsində dəyişiklik edilərək yeni bakalavr və magistr ixtisaslarının təsis edildiyi barədə məlumat verilib.

 

Çıxışının sonunda Xidmət rəisi Əli Nağıyev gənc zabitlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, dövlətimizin təhlükəsizliyinin qorunması kimi çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəklərinə inamını ifadə edib.

 

Sonra tədbirdə söz alan digər çıxışçılar da Akademiyada kursantların hərtərəfli savada və geniş dünyagörüşünə yiyələnmələri üçün yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə və DTX-nin rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.

 

Sonda xatirə fotoşəkli çəkdirilib.


OXŞAR XƏBƏRLƏR

Dövlət bu ərazilərdə ev tikmək üçün torpaq ayıracaq

Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşa...

Məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək

Məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbdənkənar təhsil müəssisələrində də həyata keçirilə biləcək. ...

“McDonald’s Azərbaycan” şəhid və veteran ailələrindən olan uşaqlar üçün yay düşərgəsində istirahət təşkil edib - FOTO

“McDonald’s Azərbaycan” beynəlxalq yarışlarda iştirak etmiş şəhid və veteran ailələrindən olan 14 məktəbli üçün “Camphood” yay düş...

Taksi sürücülərinə yeni tələb

"Bolt", "Uber" və "Yango" kimi iri taksi operatorlarına SİMA-nın üztanıma texnologiyası inteqrasiya edilib.   Sfera.az&...

"Dəfn pulu ilə bağlı qaydalar sadələşdirilsin" - TƏKLİF

"İmişlidə əksər yaş məclislərində məndən ölüm kağızının alınması ilə bağlı kömək istənilir. Prosedurlar qanun çərçivəsində mürəkkəbləşdirilib və tələblər y...

"İmtahan nəticələrinin emalı başlanılıb"- Məleykə Abbaszadə

"Dünən 30 mindən çox insan I-IV qrup imtahanında iştirak edib. Bununla biz kütləvi imtahanların keçirilməsini yekunlaşdırırıq".   Sfera.az ...