Logo

Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabrın 1-də Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Bu barədə İqtisadiyyat Nazirliyindən Oxu.Az-a bildirilib.

Forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcəklər.

Tədbir çərçivəsində forumun plenar iclası, sənaye, turizm, aqrar və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək və Azərbaycan-Rusiya biznes forumu təşkil ediləcək.

Forumda bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR