Göyçay RİH sosial şəbəkələrdə yayılmış yalan məlumatlara aydınlıq gətirdi

Göyçay RİH sosial şəbəkələrdə yayılmış yalan məlumatlara aydınlıq gətirdi

Göyçay Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılmış saxta paylaşımlarla bağlı məlumat yayıb.

 

Sfera.az xəbər verir ki, Göyçay RİH-in məlumatında sosial şəbəkələrdə rayon sakini Elnur Rəhimlinin ticarət köşkü ətrafında baş verənlərlə bağlı aşağıdakılar bildirilib:

 

“E.Rəhimli rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən qəbul edilmiş və şəhid qardaşı olması nəzərə alınaraq ona qanunsuz quraşdırdığı köşkün digər əraziyə köçürülməsi təklif edilmişdir. Lakin E.Rəhimli həmin təklifdən imtina etmişdir.

 

Sosial şəbəkələrdə həmin mövzuda olan məlumatlar qərəzli olmaqla rayonda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə kölgə salmaq niyyəti daşıyır.

 

Paylaşımda göstərdiyiniz ərazidə qanunamüvafiq qaydada Rayon İcra Hakimiyyəti tərəfindən keçirilmiş müsabiqə əsasında sakinlərin mədəni istirahəti və iş yerlərinin yaradılması üçün müasir üslubda yüngül konstruksiyalardan ibarət layihəyə uyğun olaraq sahibkar tərəfindən ictimai iaşə obyektinin quraşdırılması və ətraf ərazininin abadlaşdırılması işlərinə başlanılmışdır.

 

Sahibkarlığın inkişafı üçün rayonda əvvəlki illərdən fərqli olaraq tam şəffaf şərait yaradılmışdır.

 

Bu sahədə mövcud qanunvericiliyə zidd hallar aşkar olunduqda hüquq-mühafizə orqanlarına müraciət oluna bilər”.


OXŞAR XƏBƏRLƏR

“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli

"Dünyada fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlara uzun illərdir bəllidir ki, Rusiyada jurnalistika demokratik cəmiyyətlərdəki kimi azad və obyekt...

İran BAEA ilə əməkdaşlıq etmək niyyətindədir

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əlaqələrin dayandırılması haqqında qanunun qəbulundan sonra qurumla yeni formatda əməkdaşlıq etmək niyyətində...

Süni intellektin köməyi ilə hamilə qaldı

ABŞ-nin Kolumbiya Universitetində sonsuzluq müalicəsi sahəsində inqilabi texnologiya hazırlanıb.   Sfera.az xəbər verir ki, süni intellekt əsasında ...

Ötən il Almatıya gedənlərin sayında artım olub

Ötən il Azərbaycandan Almatıya gedən turistlərin sayında 24 %-lik artım olub.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstanın "Şimbulak" Dağ K...

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər.   Sfera.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Kabildəki idarəsi...

Ərdoğan həyat yoldaşını ağlatdı - VİDEO

AK Partiyanın 32-ci Müşavirə və Qiymətləndirmə Düşərgəsinin açılışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan tarixi çıxış edib.   Sfera.az Türkiyə KİV-ə...