Anası Anar Nağılbazın son anlarından danışdı: "Boynuma sarıldı, dedi ki, bu gündən..." - VİDEO

Anası Anar Nağılbazın son anlarından danışdı:

"Kaş mən öləydim, çox pis oluram. Heç vaxt yadımdan çıxmaz. Anar ölməzdən bir gün əvvəl gəlib boynuma sarıldı, o qədər öpdü ki... Bəlkə də hiss etmişdi ki, rəhmətə gedəcək".

 

Sfera.az xəbər verir ki, bu sözləri "O üz" proqramına qonaq olan repçi Anar Nağılbazın anası Şərqiyyə Cəbiyeva deyib. O, oğlunun qəfil vəfatı ilə bütün həyatının alt-üst olduğunu bildirib:

 

"Dedi ki, ana, bu gündən Anar olmayacaq. Üstündən 2 saat keçmədi gördüm Anar yıxılıb. Qışqırdım ki, Anar yıxıldı. Məni qoymadılar onu görüm. Eyvanda yıxılıb, bədəninin yarısı aşağı sallanıb, yarısı içəridə, ağzından qan gəlirdi. Apardılar, elə bilirəm ki, xəstəxanaya aparırlar. Sən demə, məscidə aparırlarmış".

 

Xatırladaq ki, Anar Nağılbaz 2018-ci il avqustun 4-də 42 yaşında dünyasını dəyişib. Mətbuatda repçinin ölüm səbəbi spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma kimi qeyd olunur. Masazır qəbiristanlığında torpağa tapşırılıb.

 

 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...