Unibankın bir sıra göstəricilər üzrə bazar payı artıb

Unibankın bir sıra göstəricilər üzrə bazar payı artıb

Son iki il ərzində “Unibank”ın tələbli depozitlər üzrə bazar payında nəzərəçarpacaq artım qeydə alınıb. İstər fiziki, istərsə də hüquqi şəxslərin banka etibarının daha da güclənməsi, bu ilin birinci rübünün depozit portfelinin həcmində də özünü göstərib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin ilk rübünün sonuna Bankın ümumi depozitlərinin həcmi 1,1 milyard manatı ötüb. Bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 11,5 milyon manatdan çox artım deməkdir. Artım həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində özünü göstərib.

 

Müştərilərin banka etimad göstəricisini ifadə edən daha bir rəqəm olan cari hesab qalıqlarının artımında da ciddi irəliləyiş qeydə alınıb. Həm  fiziki, həm hüquqi şəxslərin cari hesab qalıqları 2023-cü ilin 1-ci rübü ərzində artaraq, 326 milyon manatı ötüb. Açıqlanan statistik məlumata əsasən, manat hesablarının payı digər xarici valyuta hesabları ilə müqayisədə üstünlük təşkil edib. 

 

Bu ilin ilk rübü, bankın dayanıqlılığını və dinamik inkişafını göstərən əsas maliyyə göstəriciləri üzrə də nəzərəçarpacaq dərəcədə artım qeydə alınıb. Bankın aktivləri 2022-ci ilin birinci rübü ilə müqayisədə cari ilin müvafiq dövründə 370 milyon manat və ya 35% artıb. Bununla da ilk rüb ərzində bankın aktivləri çoxalaraq, 1 milyard 446 milyon manatı ötüb.

 

Hazırda Unibankı seçən müştərilərin sayı 2 milyona yaxınlaşıb. 2022-ci ilin birinci rübü ilə müqayisədə bankı seçən biznes sahiblərinin sayında da 41%-ə yaxın artım olub.

 

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. Köklü bankçılıq təməllərinə sahib olan Unibank, 31 illik uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakı ilə yerli maliyyə bazarına öz töhfəsini verməkdə davam edir.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...