“Bakıdakı bu binalar zəlzələyə hazır deyil, nəsə olsa...” – Ekspertdən SOS SİQNALI
“Zəlzələnin olması ilə bağlı daşınmaz əmlak sahəsində əsas problem qiymət artımı və ya enməsi deyil”.
Sfera.az bildirir ki, bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. O, qeyd edib ki, indi əsas müzakirə mövzusu Bakının zəlzələyə hazırlıq səviyyəsi olmalıdır:
“Bu gün paytaxtda minlərlə istismar müddətini bitirmiş və yüzlərlə qəzalı vəziyyətlə olan çoxmənzilli bina və fərdi həyət evləri var. Xüsusən də bir-birinə yaxın tikilmiş yeni binalar, yaşayış kompleksləri kifayət qədərdir. Güclü zəlzələ halında onların vəziyyəti necə olacaq? Əsas problem budur”.
Ekspert qeyd edib ki, bu cür hadisələrdən qorunmaq ücün toplanış meydançaları və sığınacaqların kifayət qədər olmadığı da nəzərə alınmalıdır.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar bir sıra rayonlarda və Bakıda hiss edilib.
Günay Rəsulqızı