Logo

Azad Cəfərliyə yüksək VƏZİFƏ VERİLDİ

Azad Cəfərliyə yüksək VƏZİFƏ VERİLDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Azad Cəfərliyə Kənd Təsərrüfatı Nazirliyinə yüksək vəzifə verilib.

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Cəfərli nazirliyin aparat rəhbəri təyin edilib.

Qeyd edək ki, Azad Cəfərli 3 il Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi işləyib.

Xidmətin ondan əvvəlki rəisi hazırda həbsdə olan Zakir Sultanov olub.

A.Cəfərli bu ilin mart ayında Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR