Logo

Azərbaycanda 7 nəfər zəhərlənmədən ÖLDÜ

Azərbaycanda 7 nəfər zəhərlənmədən ÖLDÜ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyun ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 683 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, onlardan 105-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olunan xəstələrdən 37-si dərmandan, 24-ü sirkə turşusundan, 3-ü dəm qazından zəhərlənib. Digərlərindən 10-u etanol, 5-i anaflaksiya, 6-sı allergik reaksiya, 1-i botulizm, 17-si ilan sancması, 2-si arı sancması səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 51-i qadın, 43-ü kişi, 11-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 3 nəfər sirkə turşusundan, 2 nəfər etanoldan, 1 nəfər dərmandan, 1 nəfər anafilaktik şokdan dünyasını dəyişib.

Dünyasını dəyişən şəxslərdən 5-i kişi, 2-si qadındır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR