Başqasının bayrağını qaldıranların cəzası ağır olacaq

Başqasının bayrağını qaldıranların cəzası ağır olacaq
Azərbaycanda xarici dövlətlərin, beynəlxalq təşkilatların bayraqlarını qanunsuz qaldıranları 4 min manatadək cərimə gözləyir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarını qanunsuz qaldıranlar, nümayiş etdirənlərə qarşı yeni cəzalar tətbiq edilir. Bu barədə yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 584-cü maddəsində göstərilib.

Maddədə bildirilir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırılması və ya yerləşdirilməsinə görə, fiziki şəxslər 100 manatdan 150 manata qədər, vəzifəli şəxslər 500 manatdan 800 manata qədər, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manata qədər cərimələnəcək.

OXŞAR XƏBƏRLƏR

"Rusiyanın son seçimi Türkiyədir" - Sülh İstanbulda olacaq?

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun da İstanbulda baş tutacağı gözlənilir.    Maraqlıdır, yenidən İstanbulun seçilməsi nəyə...

Bu şəxslərə 1600 manat verilir

Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavin...

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

Bir sıra ölkələr, az əhali yaşayan kənd və kiçik şəhərlərin canlandırılması məqsədilə xaricdən köç edənlərə müxtəlif maliyyə təşviqləri və sosial dəstəklər təqd...

Həcc namizədlərinin Ərəfat dağı səfəri başladı

Dünyanın müxtəlif ölkələrindən müqəddəs torpaqlara axışan 1,7 milyon həcc namizədi Məkkədə ibadətlərlə Ərəfat dağı səfərinə hazırlaşır.    Sfera...

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tə...

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...