Bu xəstəxanalara yeni direktorlar təyin edildi - RƏSMİ

Bu xəstəxanalara yeni direktorlar təyin edildi - RƏSMİ

Bakıda üç tibb mərkəzinə yeni direktorlar təyin olunub.

 

Bu barədə Sfera.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

 

Bildirilib ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru işləyən Nurəngiz Bəşirova Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə təyinat alıb. Suraxanı Tibb Mərkəzinin rəhbərliyinə isə uzun müddətdir M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin direktoru kimi çalışan Ələkbər Tağıyev gətirilib. Suraxanı Tibb Mərkəzinin direktoru olan Aybəniz Saniyeva də M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin rəhbərliyinə təyinat alıb.

 

Bundan başqa, Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri olan Saleh Hüseynov tibb müəssisəsinin direktorunun terapiya işləri üzrə müavini təyin edilib. Uzun müddətdir 5 nömrəli Şəhər Poliklinikasının baş həkimi işləyən Leyla Şərifova Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun müavini olub. Liv Bona Dea Hospitalın Sahələrdə tibbi xidmət şöbəsinin müdiri kimi çalışan Talıb Məmmədov Sabunçu Tibb Mərkəzinin direktorunun müavini, baş həkim vəzifəsinə gətirilib. Yeni Klinikanın direktorunun müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri isə Liv Bona Dea Hospitalın baş həkiminin müavini, cərrah-transplantoloq Eldar Əhmədov təyinat alıb. Samux Rayon Mərkəzi Xəstəxanasının həkim-ftiziatrı Fizuli Cəfərov Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini - baş həkim (Saray modul tipli vərəm əleyhinə xəstəxana üzrə) olub.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...