Logo

Aparıcı Aytən: “O məmura dedim ki, müsahibə vermirsən, cəhənnəmə ver” - VİDEO

Aparıcı Aytən: “O məmura dedim ki, müsahibə vermirsən, cəhənnəmə ver” - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aparıcı Aytən Səfərova illər əvvəl məmurlardan biri ilə yaşadığı dialoqu ilə gündəm olub.

Sfera.az xəbər verir ki, aparıcı bu barədə qonaq olduğu “Fəlidən doğru xəbər” verilişinin sonuncu buraxılışında danışıb.

A.Səfərova deyib ki, məmurlarla söhbət zamanı heç vaxt xüsusi müraciət formasından istifadə etməyib:

“Bilmirəm, neçənci il idi... Məmurlardan birinə yaxınlaşıb dedim ki, sizdən müsahibə almaq istəyirəm. Mən heç zaman mikrofonu uzadıb demirəm ki, filankəs müəllim. Məmur “Mən sənə müsahibə vermirəm. Get buradan!”. cavabını verdi. Mən isə “Müsahibə vermirsən, cəhənnəmə ver”, dedim. Sonradan eşitdim ki, həmin məmur deyib ki, “Mən Aytənin fanatıyam. O zaman əhvalsız idim. O xanımın üstünə hirsimi tökdüm və o, cavabı ilə məni şok kimi ayıltdı”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR