Avropa Oyunlarındakı bayraqdarımız o olacaq
Kateqoriya məlum deyil
II Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan idman nümayəndə heyətinin bayraqdarı bəlli olub.
Sfera.az xəbər verir ki, bu vəzifəni Oyunların gümüş medalçısı və Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısı, boksçu Məhəmməd Abdullayev yerinə yetirəcək.
Qeyd edək ki, açılış mərasimində Azərbaycanın bayraqdarı kamandan oxatma növü üzrə yarışan Yaylagül Ramazanova və qılıncoynadan Barat Quliyev olub.






