Logo

Xaçmaz, Quba və Şabranda qanunsuz qum-çınqıl daşıyanlar cəzalandırıldılar - FOTO

Xaçmaz, Quba və Şabranda qanunsuz qum-çınqıl daşıyanlar cəzalandırıldılar - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən respublikanın şimal bölgəsində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz, Quba və Şabran rayonları ərazisindən qanunsuz qum-çınqıl daşınması müəyyən edilib.

Bu barədə Sfera.az-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, Xaçmaz rayonu, Caqacuq çayının yatağından "5 saylı Yol İstismar İdarəsi" MMC, Quba rayonu, Birinci Nügədi kəndi ərazisindən “Azvirt” MMC tərəfindən, Şabran rayonu, Dəvəçiçay çayının yatağından isə "Siyəzənneft" NQÇİ-yə məxsus nəqliyyat vasitələri ilə qum-çınqıl daşındığı məlum olub.

Faktlarla bağlı aktlar və protokollar tərtib olunub, qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

  • Xaçmaz, Quba və Şabranda qanunsuz qum-çınqıl daşınması müəyyən edildi - FOTOLAR
  • Xaçmaz, Quba və Şabranda qanunsuz qum-çınqıl daşınması müəyyən edildi - FOTOLAR
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR