Logo

Laçında 842 kq çətənə bitkisi məhv edildi - FOTO

Laçında 842 kq çətənə bitkisi məhv edildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Laçında 842 kq çətənə bitkisi məhv edilib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Ərdəşəvi, Vağazin və Piçənis kəndlərinin ərazisində çətənə bitkiləri aşkar edilib.

Yabanı halda bitən ümumilikdə, çəkisi 842 kiloqram olan 2019 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Laçında 842 kq çətənə bitkisi məhv edildi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR