Deputat müəllimlərin maaş artımı ilə bağlı təkliflər verdi

Deputat müəllimlərin maaş artımı ilə bağlı təkliflər verdi

Xəbər verdiyimiz kimi iyunun 20-24 arası ibtidai sinif və dil-ədəbiyyat müəllimlərinin biliyinin qiymətləndirilməsi (sertifikasiyası) keçirilib. Mövcud qaydalara əsasən, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqlarına 10 faiz, 51 bal və ya daha yüksək nəticə göstərən müəllimlərin əməkhaqlarına hər ay 35 faiz əlavə olunur. Lakin əksər müəllimlər 30 bal toplayan müəllimlə 50 bal toplamış müəllimin eyni cür qiymətləndirilməsini ədalətli hesab etmir.

 

Vüqar Bayramov: “Minimum əməkhaqqının artırılması vahid tarif cədvəlinin  bütün pillələrinə təsir göstərəcək”

 

Sfera.az bildirir ki, millət vəkili Vüqar Bayramov bu məsələ ilə bağlı yeni təkliflərlə çıxış edib. Millət vəkili bildirib ki, maaşların artımı sisteminin daha da təkmilləşdirilməsi vacibdir:

 

"Qeyd edim ki, bu məsələ ilə bağlı bir sıra təkliflərimi ötən ay “Təhsil haqqında” Qanuna edilən dəyişikliklər layihəsinin müzakirəsi zamanı təqim etmişdim.

 

Elm və Təhsil Nazirliyi tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir və bu məsələdə tam dəstəyimizi nümayiş etdiririk. Bununla yanaşı, sertifikasiya imtahanlarının nəticələrinə uyğun olaraq əmək haqqı artımları üzrə faizlərin tam differensial öçlülməsi vacibdir.  Mövcud qaydalara əsasən, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqlarına 10 faiz əlavələr olunur. 51 bal və ya daha yüksək nəticə göstərən müəllim hər ay 35 faiz əlavədən istifadə edə bilir.

 

Təklifimiz differensial intervalları daha da genişləndirmək ilə bağlıdır. Praktik olaraq 50 bal yığmış müəllimin əmək haqqı artımı 30 bal yığmış müəllim ilə eynidir. Yəni, sualların 83.3 faizinə düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan ilə eyni əmək haqqı artımından faydalana bilir: 10 faiz əlavə artım. Digər tərəfdən, sualların hammısını cavablandıranla 51 doğrusu olanın da əmək haqqı artımı eynidir.

 

Bu baxımdan, aşağıdakı formulanı təklif etmək istərdikƏmək haqqı artımı: 30-35 bal arası nəticəsi olan müəllimlərimiz üçün 10 faiz, 35-40 bal toplayanlar üçün 15 faiz, 40-45 bal toplayanlar üçün 20 faiz, 45-50 faiz arası bal toplayanlar üçün 30 faiz, 50-55 arası balı olanlar üçün 35 faiz, 50-60 arası nəticəsi olanlar üçün 40 faiz".

 

Vüqar Bayramov qeyd edib ki, bu əməyin daha ədalətli qiymətləndirilməsinə imkan yaratmaqla yanaşı, müəllimlər arasında daha yüksək elm və təhsilə təşviqin gücləndirilməsinə səbəb ola bilər. Millət vəkili həmçinin  bu təklifləri Milli Məclisin iclasında yenidən rəsmi olaraq təqdim etməyi planlaşdırdığını deyib.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...