Azərbaycanda yüksəkvəzifəli şəxs HOTELDƏ ÖLDÜ

Azərbaycanda yüksəkvəzifəli şəxs HOTELDƏ ÖLDÜ

Oğuz rayonunda hoteldə ölüm hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, Oğuz şəhərində yerləşən "Səma” hotelində qonaq olan 1966-cı il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu orada vəfat edib.

 

Belə ki, S.Quliyev dünən Oğuzda dostunun qızının toyunda iştirak edib və daha sonra gecələmək üçün hotelə gedib. Bir qədər sonra o, özünü pis hiss etdiyindən Təcili Tibbi Yardıma müraciət edilib. Tibbi yardım göstərildikdən sonra Sübhan Quliyev otağında yuxuya gedib. Bu gün səhər isə onun dünyasını dəyişdiyi məlum olub.
 

"Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, Sübhan Quliyev əvvəllər xüsusi xidmət orqanlarında xidmət edib. O, pensiyaya çıxdıqdan sonra, 2020-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib və hazırda həmin vəzifəni icra edirmiş.


Faktla bağlı araşdırmalar davam etdirilir.

 

İlkin məlumata görə, S.Quliyev yüksək qan təzyiqindən əziyyət çəkirmiş və hadisə də qan təzyiqinin yüksəlməsi səbəbindən baş verib.


OXŞAR XƏBƏRLƏR

YAP-ın parlamentin sədri postuna namizədi Sahibə Qafarova oldu

Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçirilir.   Sfera.az-ın xəbərinə görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ı...

Silahla ehtiyatsız davranan leytenant həlak oldu

Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.    Sfe...

Yeni dələduzluq növü - Ev telefonlarına ZƏNG EDƏRƏK... - VİDEO

Ahıl yaşlı xanıma zəng edərək nəvəsinin səs tonu ilə danışıb 16 min dollar istədilər...   Sfera.az xəbər verir ki, Bakı şəhər sakini Kəvakib Qas...

Maştağada DƏHŞƏTLİ HADİSƏ: Qadın sevgilisini bıçaqladı

Bakının Sabunçu rayonunda qadın kişini bıçaqlayıb.   Sfera.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.   Belə ki, Xanlar yaşa...

Səkkiz saatlıq yuxunun faydaları təkzib edilib - "Bu qədər yatmalısınız..."

"Loughborough" Universitetinin ( Böyük Britaniya ) yuxu mütəxəssisi və professoru Kevin Morqan gündə səkkiz saat yatmaq məsləhətinin universal və hər ...

İnsanların ölməzdən əvvəl peşman olduğu 5 şey

Palliativ baxım tibb bacısı Bronni Veyr ölmək üzrə olan insanların ən çox rast gəlinən beş peşmanlığını yazıb və dolğun həyat yaşamaq haqqında düşünməyə kömək e...