Başqası ilə yazışan arvadının ölümünə səbəb olan ərlə bağlı QƏRAR - TƏFƏRRÜAT + FOTO 

Başqası ilə yazışan arvadının ölümünə səbəb olan ərlə bağlı QƏRAR - TƏFƏRRÜAT + FOTO 

Ötən il Göyçayın Şahsoltanlı kəndində yerləşən fermada 1993-cü il təvəllüdlü Münəvvər Məmmədovanın intiharı ilə əlaqədar onun əri həbs edilib.

 

Sfera.az xəbər verir ki, intihar hadisəsindən sonra M.Məmmədovanın əri - İsmayıllı rayonu Gideyli kənd sakini, 1992-ci il təvəllüdlü Sahil Məmmədova cinayət işi açılıb.

 

O, Cinayət Məcəlləsinin 125 və 128-ci (özünü öldürmə həddinə çatdırma və qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə açılmış işə təqsirləndirilən şəxs qismində cəlb edilib. Daha sonra cinayət işinin materialları Göyçay Rayon Məhkəməsinə göndərilib.

 

Məhkəmədə bildirilib ki, 3 uşaq anası olan M.Məmmədovanı həyat yoldaşı intihar həddinə çatdırıb. Məlum olub ki, S.Məmmədov 2014-cü ildə ailə qurduğu Münəvvəri dəfələrlə döyərək amansız rəftar edib, onun valideynlərini söyüb təhqir edərək ləyaqətini mütəmadi olaraq alçaldıb. Həmçinin səhhətində problemlər olan həyat yoldaşını Göyçayın Şahsoltanlı kəndində yerləşən fermada uşaqlarından ayrı, şəraitsiz halda olan həmin fermada saxlayıb. Sonuncu dəfə isə 2022-ci ilin yanvar ayının 4-dən 5-nə keçən gecə həyat yoldaşının başqa şəxslə mesajlaşdığını  öyrəndikdən sonra arvadını döyərək ona xəsarətlər yetirib. 

 

Bundan sonra S.Məmmədov M. Məmmədovaya boşamaq, atasının evinə göndrəmək və uşaqlarını əlindən almaqla hədə-qorxu gəlib, onu intihar həddinə çatdırıb. Nəticədə 29 yaşlı qadın özünü tövlədə asaraq həyatına son qoyub.

 

Bundan sonra Sahil yaxınları ilə birgə M.Məmmədovanın cənazəsini Göyçaydan yaşadığı İsmayıllı rayonuna aparıb və hər kəsə onun böyrək çatışmazlığından öldüyünü bildirib. Lakin qadının valideynləri bununla razılaşmayıb və mərhumun bədənində xəsarətlərin olduğunu bildirərək hüquq-mühafizə orqanlarından hadisənin araşdırılmasını tələb ediblər.

 

M.Məmmədovanın atası qızının S.Məmmədov tərəfindən öldürüldüyünü iddia edib.

 

Göyçay Rayon Məhkəməsində keçirilən proses bu günlərdə başa çatıb. Məhkəmənin hökmü il həyat yoldaşını intihar həddinə çatdıran şəxsə 5 il həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilib.(Qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...

“Boşanma ərizəsi yazmağa 1 şirvan pulum yox idi”

Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, qurduğu ailə həyatında yaşadıqlarını dilə gətirən sənətçi maraq...

Mingəçevir icra hakimiyyətində faciə

Mingəçevirdə təmir işi görən gənc dünyasını dəyişib.   Sfera.az Unikal-a istinadla xəbər verir ki, hadisə 20 Yanvar küçəsində, Mingəçevir Şəhər İcra ...

Moskvada 500-dən çox miqrant saxlanıldı - VİDEO

Rusiyada qanunsuz miqrantların müəyyən edilməsi üçün Moskvanın yataqxanalarında və ibadət evlərində reydlər keçirilib.   Sfera.az xəbər verir ki, Mos...