Nazir Söyüdlü ilə bağlı bütün suallara cavab verdi

Nazir Söyüdlü ilə bağlı bütün suallara cavab verdi

Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın rəhbəri və Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Qafqazinfo”ya özəl müsahibə verib.

 

- Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin qaldırdığı məsələlərin araşdırılması ilə bağlı işlər necə təşkil olunub?

 

- Bildiyiniz kimi, Azərbaycan Baş nazirinin 21 iyun 2023-cü il tarixli sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Komissiyanın tərkibinə ekologiya və təbii sərvətlər nazirliyi ilə yanaşı digər aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri daxildir. Komissiyanın işi çərçivəsində 22 iyun 2023-cü il tarixində Söyüdlü kəndində mədən-filiz sahəsinə ilkin baxış keçirilib, operativ monitorinq işləri aparılıb və kənd sakinləri ilə görüş təşkil edilib. Komissiya üzvlərinin sakinlərlə görüşü zamanı sağlamlıq, ekoloji və kənd təsərrüfatı sahəsində onları narahat edən məsələlər dinlənilib və müvafiq qurumların məsul şəxsləri ilə müzakirələr aparılıb.

 

Sakinlərin sağlamlıqları ilə əlaqədar qaldırılan məsələlərin yoxlanılması üçün 24 iyun tarixindən başlayaraq səhiyyə orqanları tərəfindən kompleks tibbi müayinələr keçirilir. Bu tibbi yoxlamalara bütün kənd sakinlərinin cəlb edilməsi nəzərdə tutulub. Görüş zamanı yeni tullantı anbarının inşasının gündəlikdə olmadığı onların diqqətinə çatdırılıb. Sakinləri maraqlandıran digər məsələ isə mövcud tullantı anbarından zaman-zaman gələn iy-qoxu və ətraf mühitin çirklənməsi ehtimalı idi. Aparılan operativ ekoloji monitorinqlər zamanı tullantı anbarının bütün perimetri boyu hava, su, torpaq nümunələri götürülüb. Cari ilin 22 iyun tarixində ilkin aparılmış təhlillərə əsasən havada zərərli komponentlərin konsentrasiyasının norma daxilində olduğu müəyyən edilib. Digər götürülən nümunələr üzərində isə hazırda ETSN-in və digər stasionar laboratoriyalarda təhlillər aparılır.

 

Kənd sakinlərinin ekoloji problemlərlə bağlı qaldırdığı məsələlərin araşdırılması üçün ETSN-də “Fəaliyyət planı” hazırlanıb və kompleks ekoloji monitorinq işlərinə başlanılıb. Həmçinin kənd təsərrüfatı bitkilərinə, mal-qaraya və torpağa neqativ təsirlər haqqında səsləndirilən fikirlərlə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətləri tərəfindən kəndin bütün təsərrüfat subyektlərində kompleks araşdırmalara başlanılıb. Yekunda monitorinq işlərinin nəticələri haqqında müvafiq təklif və tövsiyyələr hazırlanacaq və Nazirlər Kabinetinə təqdim olunacaq.

 

Eyni zamanda Gədəbəy dağ-mədən sənaye kompleksində nüfüzlu beynəlxalq şirkət tərəfindən texniki və ekoloji auditin keçirilməsini zəruri hesab edirik. Müəssisədə az tullantılı, qabaqcıl texnologiyalar əsasında yenidənqurma layihələrinə baxılacaq. Audit və monitorinqlərin nəticələrinə əsasən sözügedən dağ-mədən sahəsində müvafiq reabilitasiya işlərinin aparılması təklif olunacaq.

 

Aparılan araşdırmaların nəticəsində hər hansı pozuntular aşkar olunarsa istismarçı şirkət məsuliyyətə cəlb ediləcəkdir.

 

- Monitorinqlərin nə zaman yekunlaşması nəzərdə tutulur?

 

- Bayram günləri də daxil olmaqla yaradılmış monitorinq qrupları tərəfindən nəzərdə tutulan işlər intensiv şəkildə davam edəcək. Mütəxəssislər qrupuna AMEA-nın əməkdaşları da cəlb olunacaq. Komissiya üzvlərinin regiona səfərləri çərçivəsində əhali ilə görüşlər keçiriləcək.

 

- Qeyd olunan və analoji halların gələcəkdə təkrarlanmaması üçün işlər necə təşkil oluna bilər?

 

- Əlbəttə ki, iri müəssisələrin fəaliyyəti ölkənin və regionların iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Ancaq təəssüf ki, bir sıra hallarda istehsalçılarla əhali arasında kommunikasiyanın düzgün qurulmaması müxtəlif problemlərin yaranması ilə nəticələnir. Belə hallar olmasın deyə müəssisələr ciddi ekoloji yanaşmalar tətbiq etməli və özlərinin sosial korporativ məsuliyyəti çərçivəsində regionda əlavə ekoloji, sosial və iqtisadi dəstək proqramlarının təşəbbüskarı olmalıdırlar.

 

Məlumdur ki, ölkə rəhbərliyinin siyasətinin mərkəzində vətəndaş və insan amili durur. Bütün hallarda dövlət ilk öncə vətəndaşın sağlamlığı və ekoloji həyat şəraitinin təmin edilməsinin tərəfindədir.

 

 


OXŞAR XƏBƏRLƏR

Heç vaxt belə olmamışdı: İki nazirimiz gecə 4-də…

Bakıda keçirilən COP29-un əvvəlki COP-lardan fərqi nə oldu və nə ilə yadda qaldı?   Sfera.az bununla bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osma...

Bakı-Qazax yolunda zəncirvari qəza: yaralılar var

Bakı-Qazax yolunda zəncirvari qəza olub, xəsarət alanlar var.   Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunda Padar kəndi ərazisindən keçən hiss...

Misir yaxınlığında turistlərin olduğu yaxta batdı: 45 nəfər itkin düşüb

Qırmızı dənizdə turistləri daşıyan gəmi itib. İçərisində 30-dan çox sərnişin və 14 ekipaj üzvü olan “Sea Story” gəmisi Misir yaxınlığında yoxa çıxıb...

70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ

İstanbulda 70 kilo qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəman Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.   Sfera.az-ın məlumatına g...

BƏƏ-yə uçan təyyarə Bakıda məcburi eniş etdi

“Air Arabia” aviaşirkətinin Moskva–Şarja reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğ...

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində Alyansın Baş Katibinin əməliyy...