Prezident tibb fəaliyyəti haqqında qanuna dəyişiklik etdi

Prezident tibb fəaliyyəti haqqında qanuna dəyişiklik etdi

“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqlənib.

 

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanunu imzalayıb.

 

Sənədə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 687-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınır:

 

“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 129; 2001, № 3, maddə 144; 2002, № 5, maddə 240; 2004, № 6, maddə 396; 2007, № 6, maddə 560, № 10, maddə 938; 2009, № 12, maddə 949; 2015, № 11, maddə 1278; 2020, № 12 (I kitab), maddə 1425; 2021, № 6 (I kitab), maddə 543; 2022, № 6, maddə 592) 13-cü maddəsinin dördüncü hissəsinə “müəssisələri” sözündən sonra “və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər” sözləri əlavə edilsin.


OXŞAR XƏBƏRLƏR

Misir yaxınlığında turistlərin olduğu yaxta batdı: 45 nəfər itkin düşüb

Qırmızı dənizdə turistləri daşıyan gəmi itib. İçərisində 30-dan çox sərnişin və 14 ekipaj üzvü olan “Sea Story” gəmisi Misir yaxınlığında yoxa çıxıb...

70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ

İstanbulda 70 kilo qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəman Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.   Sfera.az-ın məlumatına g...

BƏƏ-yə uçan təyyarə Bakıda məcburi eniş etdi

“Air Arabia” aviaşirkətinin Moskva–Şarja reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğ...

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində Alyansın Baş Katibinin əməliyy...

Fransada Ukraynaya qoşun göndərilməsi səbəbilə etirazlar başlaya bilər

Fransalı siyasətçi, Vətənpərvərlər partiyasının lideri Florian Filippot X sosial şəbəkəsindəki hesabında vətəndaşları Ukraynaya qoşun göndərmək təşəbbüsünün müz...

Baş nazir QƏRAR İMZALADI

"Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, b...